Press "Enter" to skip to content

Azərbaycan cüdoçusu Avropa turnirinin yarımfinalına vəsiqə qazanıb

Cüdo üzrə Avropa turniri

Son yeniləmə: 12 Fevral 2022 17:08

Bayraqdar.info – Bosniya və Herseqovinanın Sarayevo şəhərində cüdo üzrə açıq Avropa turniri keçirilir.

Bayraqdar.info xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən cüdoçulardan Samir Piriyev Türkiyə təmsilçisi Əli Bozqurdu, portuqaliyalı Lopes Costanı, dörddəbir finalda isə niderlandlı Tibo Vollemanı məğlub edərək yarımfinal mərhələsinə yüksəlib. Onun növbəti mərhələdə rəqibi sloveniyalı David Starkeldir.

“Qeyd edək ki, fevralın 12-də – yarışın birinci günündə 11 idmançı mübarizə aparır. Fevralın 13-dək davam edəcək yarışda 26 ölkədən 321 idmançı iştirak edir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.