Son yeniləmə: 11 Fevral 2022 10:41
Bayraqdar.info – Yaponiya və Dünya Bankı tərəfindən 2022-2023-cü tədris ili üçün Amerika, Avropa, Afrika, Okeaniya və Yaponiyanın 26 ali təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə istedadlı gənclərin magistratura səviyyəsində təhsili məqsədilə birgə həyata keçirilən təqaüd proqramına sənəd qəbulu elan edilib.
Təhsil Nazirliyindən fevralın 11-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, müraciət üçün son tarixlər 28 fevral və 27 may 2022-ci il nəzərdə tutulub. Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə etmək mümkündür.