Press "Enter" to skip to content

XİN-də kollegiya iclası

Bayraqdar.info – Fevralın 11-də xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə Xarici İşlər Nazirliyinin Kollegiya iclası keçirilib. İclasda kollegiya üzvləri xarici işlər nazirinin müavinləri, ADA Universitetinin rektoru, XİN-in Hüquqi Təminat İdarəsinin rəisi və Naxçıvan İdarəsinin rəisi iştirak ediblər.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycanın xarici siyasətinin hazırkı durumu və inkişaf istiqamətləri, xarici dövlətlərlə ikitərəfli münasibətlər, o cümlədən cari ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı tədbirlərin təşkilindən bəhs edilib.

Həmçini, beynəlxalq təşkilatlar ilə əlaqələr, o cümlədən ölkəmizin Qoşulmama Hərəkatında, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrliyi, eləcə də kadr məsələləri və digər mövzular müzakirə edilib.

Mission News Theme by Compete Themes.