Press "Enter" to skip to content

“TEKNOFEST”in Azərbaycanda keçirilməsi analoji şirkətlərin ölkəyə axınını sürətləndirəcək – FOTO/VİDEO

Hərbi ekspert Ramil Məmmədli

Son yeniləmə: 11 Fevral 2022 17:07

Bayraqdar.info – Xəbər verildiyi kimi, Bakıda mayın 26-29-da “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. Festival Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi, “Türkiyə Texnologiya Komandası”nın (T3 Fondu) təşkilatçılığı ilə baş tutacaq.

Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsidir. Festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

“TEKNOFEST Azərbaycan” çərçivəsində yarışlar “Robotexnika”, “Yaşıl texnologiyalar (GreenTech)”, “Aqrar texnologiyalar (AgriTech)”, “Pilotsuz uçuş aparatları (PUA)”, “Həvəskar peyk modelləşdirilməsi”, “Sosial yönümlü texnologiyalar”, “Smart Qarabağ” Hakatonu, “Sailplaner”, “Baku Skills”, “Rocket League” oyunu üzrə Avropa kuboku daxil olmaqla 10 müsabiqə üzrə keçiriləcək.

“TEKNOFEST”

İlk dəfə Bakıda keçiriləcək “TEKNOFEST”in Azərbaycana verəcəyi fayda haqqında bayraqdar.info-ya Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin sədri, hərbi ekspert Ramil Məmmədli danışıb. O bildirib ki, 2006-cı ildən başlayaraq Azərbaycanda Müdafiə Sənayesi sahəsində həyata keçirilən layihələrin biri də Pilotsuz Uçan Aparatlar (PUA) sahəsində yeniliyin həyata keçirilməsi idi. Pilot olmadan bu qurğuların havada hərəkət etdirilməsi və əməliyyatların keçirilməsi (müşahidə, kəşfiyyat və digər əməliyyatlar) istiqaməintdə müəyyən addımlar atıldı: “Yəni, Azərbaycan bu sahədə ikstehsal həyata keçirən 20 ölkədən biridir. Məhz orduda silahlı qüvvələrin müasir texnologiyalara olan marağın əsası ona gətirib çıxartdı ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bu silahlardan kütləvi şəkiləd istifadə etdi. Qeyd etmək istəyirəm ki, Azərbaycan və Türkiyənin bu sahədə əməkdaşlığı qənaətbəxşdir. Türkiyə bu istiqamətdə müəyyən addımlar atmaqla, müəyyən işlər həyata keçirməklə, hesab edirəm ki, həmin texnologiyaların Azərbaycana inteqrasiya olunmasına bir stimul ola bilər.

Məsələn, “Bayraktar” PUA-larının Azərbaycanda istehsalı və yaxud da eyni texnologiyalı məhsulların Azərbaycanda istehsalı kimi proseslər həyata keçirilə bilər”.

“TEKNOFEST”

Hərbi ekspert qeyd edir ki, Bakıda bu “TEKNOFEST” texnofestivalının keçirilməsi də məhz bu sahədə müasir texnologiyaların, robotlaşmış sistemlərin, qurğuların real həyatda istifadəsi baxımından Azərbaycan dövlətinin əsas istiqamətlərindən biri olmasından irəli gəlir. “Yəni, bu cür festival və tədbirlərin Azərbaycanda keçirilməsi də məhz dövlət siyasətindən irəli gəlir. “Baykar” şirkəti, yəni PUA-ların istehsal olunduğu şirkətin də bu festivalın təşkilatçılarından biri olması da dünyanın tanınmış, inkişaf etmiş ölkələrinin analoji müəssisələrinin Azərbaycana axınına şərait və maraq yaradacaq. Bu sahədə elmi-fundamental bazanın inkişafına və formalaşmasına gətirib çıxaracaq”, – deyə R.Məmmədli bildirir.

TEKNOFEST

Onun sözlərinə görə, Azərbaycan hələ sovetlər dönəmindən kosmik sənayesi və nəzəri baxımdan bu sahədə müəyyən uğurlara imza atıb. Təsadüfi deyil ki, dünyanın ən böyük kosmik sənaye ölkələrindən biri olan SSRİ və onun tərkibində olan Azərbaycanda bu istiqamtdə müəyyən layihələr həyata keçirilmişdi. İndi daha müasir texnologiyalara dəstək verilməsi də zamanın tələbidir və bu isqimətdə də yəqin ki, müəyyən ciddi addımlar atılacaq.

Mission News Theme by Compete Themes.