Press "Enter" to skip to content

Boks üzrə gənclər arasında Azərbaycan birinciliyi

Boks yarışları

Son yeniləmə: 11 Fevral 2022 09:27

Bayraqdar.info – Fevralın 11-də gənclər arasında boks üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Azərbaycan Boks Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

“Çempionata Respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 50 komandanın 176 oğlan boksçusu qatılacaq. Fevralın 11-də döyüşlər saat 15:00-da, digər 5 gündə saat 14:00-da başlayacaq. Qaliblərin adına isə fevralın 16-da aydınlıq gələcək.

“Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər. Qeyd edək ki, birinciliyin baş hakimi Etibar Alıyev olacaq”, – deyə Federasiyanın xəbərində qeyd edilir.

Mission News Theme by Compete Themes.