Press "Enter" to skip to content

Koronavirusdan ölənlərin sayı 9 minə yaxınlaşır – AZƏRBAYCANDA

COVID-19

Son yeniləmə: 11 Fevral 2022 19:07

Bayraqdar.info – Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 min 603 yeni yoluxma faktı qeydə alınıb, 6 min 347 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir ki, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 732 min 380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 672 min 256 nəfər müalicə olunaraq sağalıb, 8  min 998 nəfər vəfat edib, aktiv xəstə sayı 51 min 126 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 401, ötən müddət ərzində isə ümumilikdə 6 milyon 352 min 994 test aparılıb.

Mission News Theme by Compete Themes.