Press "Enter" to skip to content

XİN-dən daha bir açıqlama

Xarici İşlər Nazirliyi

Son yeniləmə: 10 Fevral 2022 17:02

Bayraqdar.info – Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən ötən il aparılmış nəzarət tədbirlərinə dair hesabatı ilə bağlı KİV-in sualını cavablandırıb.

Bununla bağlı bayraqdar.info-ya fevralın 10-da Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsindən məlumat verilib.

L.Abdullayeva deyib ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məlumatında aparılan yoxlamanın əhatə etdiyi dövr göstərilmədiyindən, məsələyə aydınlıq gətirməyi vacib hesab edirik: “Vurğulamaq istərdik ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ildə aparılmış nəzarət tədbirləri 2015-ci ilin 1 yanvar tarixindən 2020-ci ilin 3 iyul tarixinədək olan dövrü əhatə edir.

Məlum olduğu kimi, DTX-nın 2020-ci ildə apardığı əməliyyat nəticəsində XİN-in İşlər İdarəsinin məsul əməkdaşları saxlanılıb və aparılmış istintaq hərəkətləri nəticəsində XİN zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 dekabr 2021-ci il tarixli hökmünə uyğun olaraq, həmin şəxslərdən cinayət hərəkətləri nəticəsində əldə olunmuş vəsaitin XİN-ə ödənilməsi qeyd olunub.

Mission News Theme by Compete Themes.