Son yeniləmə: 10 Fevral 2022 12:14
Bayraqdar.info – Fevralın 9-da Beynəlxalq Muğam Mərkəzində “Xarıbülbülün rəngləri” adlı tədbir təşkil olunub.
Beynəlxalq Muğam Mərkəzindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, tədbir Kaspi Uşaq Musiqi və İncəsənət Məktəbi, “Müasir Azərbaycan Psixoloqları“ İctimai Birliyi və “Xarıbülbül Fidanları” könüllülərinin təşəbbüsü ilə həyata keçirilib.
“Mədəniyyət Nazirliyinin xüsusi dəstəyi ilə reallaşan tədbirdə şəhid övladlarının “Ebru” sənəti əsasında hazırladıqları əl işləri nümayiş olunub. On iki şəhid övladının 2 ay ərzində hazırladıqları Qarabağ ornamentlərindən ibarət sərgidən sonra Kaspi Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Konsert proqramında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib”, – deyə xəbərdə bildirilir.