Ağsaqqallar Şurasının İstanbulda keçirilən XII toplantısında qəbul ediləcək qərarlar təşkilatın fəaliyyətinə əlavə dəstək verəcək
Bayraqdar.info – 2022-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfər regionda yeni reallıqlar yaradıb. Bu qələbə eyni zamanda türk dünyasında da qalibiyyət ruhu yaradıb və türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə təkan verib.
Biz bunu 2021-ci ilin noyabrında İstanbulda keçirilən VIII Zirvə Görüşündə bir daha müşahidə etdik. Məlum olduğu kimi həmin tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatı (TDT) adlandırılmasına qərar verilib. Lakin buna sıradan bir ad dəyişməsi kimi yanaşmaq düzgün olmaz. Çünki Türk Dövlətləri Təşkilatının təsis edilməsi ilə türkdilli dövlətlər arasında əməkdaşlığın dünya miqyasında əhəmiyyəti artıb.
Onu da vurğulamaq yerinə düşər ki, məhz həmin tədbirdə Türkiyənin hakim partiyası AK Partinin sədr müavini Binəli Yıldırımın sədrliyi ilə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının bundan sonrakı proseslərdə daha fəal şəkildə addımlar atmasının vacibliyi də vurğulanmışdı.
Beləliklə, həmin toplantıda qəbul edilən qərarlardan yola çıxaraq fevralın 9-da İstanbulda TDT Ağsaqqallar Şurasının XII toplantısı keçirilib. Yayılan məlumatlardan da bəlli olduğu kimi tədbirdə Ağsaqqallar Şurasının sədri və AK Partinin sədr müavini Binəli Yıldırım, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Azərbaycan tərəfindən təşkilatın Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, eləcə də Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan ağsaqqallar iştirak ediblər.
Bununla bağlı məlumatda qeyd olunduğu kimi tədbirdə açılış nitqi ilə çıxış edən Baş katib Bağdad Amreyev hazırda TDT-nin çətiri altında həyata keçirilən əməkdaşlıq tədbirləri, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qəbul edilən qərarların icrası barədə məlumat verib.
#Canlı: Türk Devletleri Teşkilatı Aksakallar Heyeti Başkanı Binali Yıldırım, Türk Devletleri Teşkilatı Aksakalları 12. Toplantısı’nda konuşuyor https://t.co/OdBrc78GkH
— AA Canlı (@AACanli) February 9, 2022
Sonra VIII Zirvə Görüşündə qəbul edilən qərarlar, Ağsaqqallar Şurasının yenilənmiş Əsasnaməsi ətrafında fikir mübadiləsi aparılıb və Ağsaqqallar Şurasının XIII iclasının Qırğızıstanda keçirilməsi qərara alınıb.
Bu məqamda vurğulayaq ki, iki günlük iclasın sonunda, yəni fevralın 10-da Xarici İşlər Nazirləri Şurasına və dövlət başçılarına təqdim olunacaq tövsiyələri özündə əks etdirən protokol imzalanacaq. Bu tövsiyələrin regionda və dünyada cərəyan edən proseslərin fonunda TDT-nin fəaliyyətinə güclü bir dəstək rolu oyanayacağı da kimsəyə sirr deyil. Elə tədbirin ilk günü B.Yıldırımın mətbuat nümayəndələrinə verdiyi açıqlama da buna işarə edir.
Belə ki, Türk Dövlətləri Təşkilatının gündən-günə genişləndiyini, gücləndiyini qeyd edən B.Yıldırım bununla təşkilatın məsuliyyətinin daha da artdığını, onun həm regionda, həm də dünyada daha mühüm quruma çevrildiyini bildirib. O, Ağsaqqallar Şurasının dərin təcrübəyə malik insanlardan ibarət olduğunu və bu potensialdan ən yaxşı şəkildə istifadə edilməsinin zəruri olduğunu deyib: “Biz ağsaqqlar olaraq qəbul edəcəyimiz qərarlarla, verəcəyimiz tövsiyələrlə, fəaliyyətimizlə təşkilatın yüksəlişinə, fəaliyyətinə önəmli dəstək göstərməyi hədəfləyirik”.
Türk Devletleri Teşkilatı 12. Aksakallar Konseyi Toplantımızın hayırlara vesile olmasını diliyorum.
Aksakallar Konseyi Başkanı olarak Türk Dünyasının dört bir yanından kadim dostlarım ve kardeşlerimle İstanbul’da buluşmaktan büyük bir memnuniyet duyuyorum. pic.twitter.com/sgwoEgYR3H
— Binali Yıldırım (@BY) February 9, 2022
Onun sözlərinə görə, əslində, dövlət və hökumət başçılarının İstanbul Zirvə Görüşündə qəbul etdikləri qərarın arxasında bu həqiqət dayanır: “Ağsaqqallar Şurasının təcrübəsinin təşkilatın həyata keçirdiyi layihələrə öz töhfəsini verəcəyinə ürəkdən inanıram. Bu baxımdan biz ağsaqqallar olaraq dövlət başçılarımızın müəyyən etdiyi istiqamətə uyğun olaraq türk dünyası ilə türkdilli dövlətlər arasında münasibətlərin daha da yaxşılaşdırmaq, iqtisadi, sosial, mədəniyyət sahələrinə töhfələr vermək üçün çox çalışacağıq”.
İstanbulda keçirilən VIII Zirvə Görüşündə “2040-cı ilə baxış”a aid beşillik yol xəritəsinin qəbul edildiyini xatırladan B.Yıldırım deyib: “Təbii ki, bu beşillik plana daxil olan tədbirlər koordinasiyalı şəkildə həyata keçirilməlidir. Hesabatların hazırlanması, üzv ölkələr arasında inteqrasiya və harmoniya şəkilində ticarət, iqtisadi, nəqliyyat, kommunikasiya, infrastruktur, mədəniyyət və digər sahələr üzrə əlaqələrin inkişaf etdirilməsi bizim əsas hədəflərimizdəndir”.
#TürkDevletleriTeşkilatı #AksakallarKonseyi'nin 12. Toplantısı, Aksakallar Konseyi Başkanı Sayın Binali Yıldırım @BY, Genel Sekreter Baghdad Amreyev ve Üye Devletlerin Aksakallarının açılış konuşmalarıyla #İstanbul’da başladı. pic.twitter.com/os1bhwNlab
— Organization of Turkic States (@Turkic_States) February 9, 2022
Göründüyü kimi Türk Dövlətləri Təşkilatının özülü daha da möhkəmlənir. Ağsaqqallar Şurasının İstanbulda keçirilən XII toplantısında qəbul ediləcək qərarlar isə təşkilatın fəaliyyətinə əlavə dəstək verəcək.
Onu da qeyd edək ki, fevralın 9-da həm Türk Dövlətləri Təşkilatının, həm də təşkilatın baş katibinin müavini Qismət Gözəlovun Twitter hesabından tədbirlə bağlı paylaşımlar edilib.
#İstanbul'da düzenlenen @Turkic_States #AksakkallarKonseyi toplantısına Azerbaycan'ı temsilen ilk kez katılan eski Dışişleri Bakanım Sn. Hasan Hasanov'un engin tecrübe ve tavsiyelerinin çok taraflı işbirliğimizin daha da geliştirilmesine değerli katkılar sağlayacağına inanıyorum! pic.twitter.com/nn2TVgMa1h
— Gismat Gozalov (@GismatGozalov) February 9, 2022