Press "Enter" to skip to content

Rövnəq Abdullayev vəzifəsindən azad olundu və itisadiyyat nazirinə müavin təyin edildi

Prezident İlham Əliyev

Son yeniləmə: 10 Fevral 2022 16:03

Bayraqdar.info – Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib.

Bayraqdar.info xəbər verir ki, Prezidentin Mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

“Dövlət başçısının digər Sərəncamı ilə Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib.

“Həmçinin, Prezident İ.Əliyev “Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edib.

“Fərmana əsasən, Dövlət Neft Şirkətində (SOCAR) I vitse-prezidentlərin sayı 1-dən 2-yə çatdırılıb. Beləliklə, şirkətin rəhbərliyində təmsil olunan şəxslərin sayı 14-dən 15-ə yüksəlib. Bunlar prezident, 2 I vitse-prezident və 12 vitse-prezidentdir.

“Dövlət başçısının başqa bir Sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib və Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

“Sərəncama əsasən, Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Şirkətin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.

“Bundan başqa, Prezidentin digər Sərəncamı ilə Rövşən Nəcəf Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibindən çıxarılıb”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.