Press "Enter" to skip to content

Pandemiya ilə əlaqədar yeni dövlət standartı

Son yeniləmə: 10 Fevral 2022 13:11

Bayraqdar.info – ISO/PAS 45005:2020 beynəlxalq standart əsasında AZS ISO/PAS 45005:2022 “Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemləri – COVID-19 pandemiyası zamanı təhlükəsiz işləmək üzrə ümumi rəhbərlik” yeni dövlət standartı qəbul olunub.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinədn məlumat verilib.

Bildirilib ki, yeni standart yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarına qarşıgörülən preventiv və profilaktik tədbirlərin keyfiyyətinin daha da yüksəldilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə qəbul edilib.

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin dəstəyi ilə hazırlanan yeni standartı Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) tərəfindən təsdiqlənib və standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni standartın tətbiqi pandemiya dövründə müəssisələrdə təhlükəsiz iş mühitinin yaradılması ilə yanaşı, onların davamlı və səmərəlifəaliyyət göstərməsinə xidmət edəcək.

Mission News Theme by Compete Themes.