Son yeniləmə: 10 Fevral 2022 13:28
Bayraqdar.info – IV Ümumdünya Köçəri Oyunlarına son hazırlıq başlayıb. Bu arada Türkiyənin idman və gənclər naziri Mehmet Muharrem Kasapoğlunun sədrliyi ilə Bursanın İznik rayonunda IV Dünya Köçəri Oyunları Təşkilat Komitəsinin növbədənkənar iclası keçirilib.
Bu barədə məlumatda qeyd edilir ki, İznikdə keçirilən toplantı çərçivəsində Köçəri Oyunlarının mədəniyyət proqramı üçün ata-baba idman sahələri müəyyən edilib. Bildirilib ki, tədbirin açılış və bağlanış mərasimlərində Türkiyənin ən yaxşı rejissor və ssenaristləri iştirak edəcək.
İclasda xüsusilə, xaricdən gələn idmançılar və oyunların keçirildiyi məkanların və qonaq evlərinin görüntüləri təqdim edilib.
Qeyd edək ki, 2021-ci ildə pandemiya səbəbindən təxirə salınan IV Ümumdünya Köçəri Oyunlarının 2022-ci ilin sentyabrında keçirilməsi planlaşdırılır.
Bu günə kimi 76 ölkə və 2050 etnoidman IV Ümumdünya Köçəri Oyunlarında iştirak etmək hüququ qazanıb.