Son yeniləmə: 10 Fevral 2022 15:44
Bayraqdar.info – İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi “İstedadına sərmayə et” təqaüd proqramına sənəd qəbulu elan edib.
Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən bilgidə qeyd edilib ki, proqram çərçivəsində istedadlı gənclər İtaliyada magistratura səviyyəsində mühəndislik və informasiya texnologiyaları, memarlıq, dizayn, idarəetmə və iqtisadiyyat üzrə təhsil ala biləcəklər.
Proqrama fevralın 15-dək müraciət etmək olar. Təqaüd proqramı barədə ətraflı məlumatla Təhsil Nazirrliyinin saytında tanış olmaq mümkündür.