Son yeniləmə: 10 Fevral 2022 12:40
Bayraqdar.info – Fevralın 10-da Prezident İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunu qəbul edib.
Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Prezident İ.Əliyev ötən ilin dekabrında Moldova Prezidenti Maya Sandu ilə Brüsseldə keçirdiyi görüşü məmnunluqla xatırlayıb və ölkələr arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.
“Moldovanın Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Moldova Prezidentinin salamlarını dövlət başçısına çatdırıb.
“Prezident Moldovanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş edib.
“Nazir N.Popesku ölkələr arasında diplomatik münasibətlərin olduğu 30 ilə yaxın müddətdə həmrəylik prinsipindən çıxış edərək Azərbaycan və Moldovanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb. N.Popesku iqtisadi, ticarət, sərmayə qoyuluşu, kənd təsərrüfatı, enerji sahələrində və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib, bu sahələrdə konkret layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb”, – deyə məlumatda bildirilir.