Press "Enter" to skip to content

Hazırda 22 “ASAN xidmət” mərkəzi mövcuddur

Son yeniləmə: 10 Fevral 2022 16:45

Bayraqdar.info –Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə bayraqdar.info-ya qurumdan məlumat verilib.

Mərasimdə bildirilib ki, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarında qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını edib.

O da qeyd olunub ki, hazırda 22 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 6-sı paytaxt Bakıda, digər 16-sı isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.

Mission News Theme by Compete Themes.