Press "Enter" to skip to content

Daha dörd qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib

Son yeniləmə: 10 Fevral 2022 16:23

Bayraqdar.info – Vətən müharibəsində ağır yaralanan daha dörd qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Bu barədə bayraqdar.info-ya fevralın 10-da Fonddan məlumat verilib.

Bildirilib ki, “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

Bu dəfə müalicəyə göndərilən qazilər – İbadov Emin Şahmar oğlu, Qasımzadə Namiq Ağa oğlu, İskəndərli Elnur Zöhrab oğlu və Qasımov Elvin İlyaz oğludur. “YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 161 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 116-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və onlar Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Mission News Theme by Compete Themes.