Press "Enter" to skip to content

Çexiyada Azərbaycan gənclərinin fəallığından bəhs edilib

Son yeniləmə: 10 Fevral 2022 00:38

Bayraqdar.info – Çexiyanın Brno şəhərində Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə bayraqdar.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Komitənin dəstəyi və Çexiyada yaşayan azərbaycanlıların təşkilatçılığı ilə baş tutan tədbirdə Gənclər Gününün əhəmiyyətindən, Azərbaycan gəncliyinin ölkəmizin ictimai-siyasi, humanitar sahələrində və diaspor quruculuğunda oynadığı müstəsna xidmətlərdən danışılıb.

Çıxışlarda Vətən müharibəsi dönəmində gənclərin torpaqlarımızın erməni işğalından azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi naminə göstərdikləri şücaətin bütün dünyanı heyrətə gətirdiyi bildirilib. Həmçinin xaricdə yaşayan gənc soydaşlarımızın Azərbaycan həqiqətlərini yorulmadan və usanmadan dünya ictimaiyyətinə çatdırdığı, bu istiqamətdə təşkil olunan izdihamlı aksiyalarda fəallıqları ilə seçildiyi xüsusilə vurğulanıb.

Çexiyada yaşayan azərbaycanlı gənclərin diaspor fəaliyyətinə mütəşəkkil və sistemli şəkildə qoşulmasının yolları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.