Son yeniləmə: 10 Fevral 2022 12:56
Bayraqdar.iinfo – 2021-ci ildə COVID-19 pandemiyası ilə bağlı sərhədlərdə tətbiq olunan məhdudlaşmaların davam etməsi beynəlxalq nəqliyyat xətləri üzrə hərəkət istiqamətlərində müəyyən dəyişikliklərə səbəb olub.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bayraqdar.info-ya bildirilib ki, hesabat dövründə irihəcmli nəqliyyat vasitələrinin daşınmasında 8,8 faiz azalma qeydə alınıb. Bakı Limanı vasitəsilə 39 min 431 ədəd TIR daşınıb ki, bunlardan da 23 min 476 (59,5 faiz) ədədi Bakı-Türkmənbaşı-Bakı, 15 min 955 (40,5 faiz) ədədi isə Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.