Press "Enter" to skip to content

Elektirk stulunu ilk dəfə stomatoloq kəşf edib

Stomatologiya

Son yeniləmə: 9 Fevral 2022 12:48

Bayarqdar.info – 9 fevral – Ümumdünya Stomatoloqlar günüdür. Diş həkimlərinin peşə bayramının maraqlı tarixi var. Beynəlxalq Stomatoloq Gününün qeyd edilmə tarixi təsadüfən seçilməyib. Gün katolik kilsəsinin ibadət günündə paqanizmlər tərəfindən dəhşətli işgəncəyə məruz qaldıqdan sonra xristianlıqdan imtina edən  Müqəddəs İskəndəriyyəli Appoloniyanın ölüm günündə qeyd olunur. Həmin qadın bütün əzablara dözmüş və 249-cu il fevralın 9-da əzab verənlərin tələblərini yerinə yetirməsə alovda yandırılaraq edam ediləcəyi ilə təhdid edildiyi zaman, özünü atəşə ataraq diri-diri yanıb.

Dişlər haqqında düşünəndə beynimi bir məsələ həmişə məşğul edir. Axı, nə üçün insanların dişləri ömür boyu yenidən çıxmır? Müəyyən yaş həddinədək dişlər tökülür və yerinə yeniləri çıxır. Lakin müəyyən yaş həddindən sonra bu proses birdəfəlik dayanır və dişlər nə tökülmür, nə də yenilənmir.

Məlum olduğu kimi, insanların bütün ömrü ərzində dişləri iki dəfə dəyişir: əvvəlcə 20 süd dişi, sonra isə 32 həqiqi dişlər çıxır. Yeri gəlmişkən, “süd dişləri” adını Hippokrat verib. O əmin idi ki, uşaqların ilk dişləri süddən əmələ gəlir.

Stomatologiya ən qədim peşələrdən sayılır. Tarixi mənbələrdə göstərilir ki, arxeoloqlar Pakistanın Bəlucistan əyalətində qazıntılar zamanı eramızdan əvvəl VI – IV əsrlərdə yaşamış insanların qalıqlarını aşkar edib. Maraqlı burasıdır ki, onların dişlərində diametri 1-3 mm və dərinliyi 3,5 mm-ə qədər olan mükəmməl dəliklər qazılmışdı.

Qədim zamanlarda dişlərin müalicə üsulu olduqca sadə idi. Əksər hallarda onlar sadəcə olaraq, çəkilirdilər. Ağrısızlaşdırmanın insanlara yalnız 19-cu əsrdə məlum olduğunu nəzərə alsaq, əməliyyatlar o qədər də asan keçmirdi. Lakin Qədim Misir stomatoloqları hətta plomb da qoya bilirdilər. Təəssüf ki, qədim yazılarda plomların materialları haqqında məlumat yoxdur. Dəqiq məlum olan isə ilk diş məcununun da misirlilərə aid olmasıdır. Onlar onu süngər daşları tozundan, yumurta qabığından, mirra və küldən hazırlayırdılar.

Diş həkimi (dantist) sənəti mövcud olmayan vaxtlarda insanların dişləri dəmir klbətinlə çəkilirdi. Bu işlə adətən dəlləklər və hamamçılar məşğul olurdular.

Stomatologiyada ilk böyük sıçrayış bor maşının kəşfi ilə olub. Onu Corc Vaşinqtonun şəxsi stomatoloqu Con Qrinvud kəşf edir, lakin patenti Ceyms Morrison alır.

Elektrik stulu

Stomatoloqlar əsrlər boyu nəinki dişlərin plomblanması, ağrısız müalicəsinin yeni üsullarını fikirləşib tapmış, onlar hətta elektrik stulunu da kəşf etmişdilər. Elektrik stulunu icad edən stomatoloqun adı Albert Sautvik idi. O, elektriki ağrısızlaşdırma məqsədilə istifadə etmək istəyirdi, lakin tarix başqa cür qərar verdi. Tamamilə amerikan icadı olan elektrik stulu XIX əsrin sonlarında, daha dəqiq desək, 1889-cu ildə “ən insani və yüngül” edam üsulu hesab edildiyindən ABŞ-ın qanunvericiliyinə daxil edilib və ilk dəfə olaraq Obern həbsxanasında tətbiq olunub.

Qeyd: Yazıda açıq mənbələrdən istifadə edilib.

Mission News Theme by Compete Themes.