Press "Enter" to skip to content

Startapların yeni bizneslərin yaradılması və inkişaf etdirilməsi potensialı

Son yeniləmə: 9 Fevral 2022 13:47

Bayraqdar.info – Azərbaycanın “Nextsale” startapı xarici şirkət tərəfindən satın alınıb. Bununla bağlı təşkil olunmuş tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov startaplara göstərilən dəstək və xidmətlər barədə məlumat verib.

KOBİA-dan bayraqdar.info-ya verilən məluamta görə, qeyd olunub ki, “Nextsale” startapının xarici ölkəyə satılması digər yerli startapçılar üçün motivasiya xarakteri daşıyacaq və onları stimullaşdıracaq. Rəqəmsal iqtisadiyyat və 4-cü Sənaye İnqilabı startaplar üçün də əlverişli imkanlar yaradır. Yeni texnologiyalar qısa müddət ərzində biznesi genişləndirməyə, yeni bazarlara çıxmağa və dövriyyəni artırmağa imkan verir.

Bildirilib ki, startaplar müasir texnologiyalardan və innovativ yanaşmalardan faydalanmaqla, yeni bizneslər yaratmaq və inkişaf etdirmək üstünlüklərinə malikdirlər. KOBİA tərəfindən mikro və kiçik sahibkarlara onları innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə gəlir və mənfəət vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir. Həmçinin startapların iştirakı ilə sərgilər təşkil olunur.

Startaplar KOB inkişaf mərkəzlərinin ödənişsiz təlim və məsləhət xidmətlərindən, satış imkanlarını genişləndirmək üçün www.kobmarket.az portalından, təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə qrantdan istifadə edirlər.

Mission News Theme by Compete Themes.