Son yeniləmə: 9 Fevral 2022 10:10
Bayraqdar.info – Krım tatar xalqının vətənin azadlığı uğrunda mücadiləsi davam edir. Bu arada Krım tatarr xalqının milli lideri Mustafa Abdülcəmil Krımoğlu və Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov Avstriya, Çexiya və Slovakiya xarici işlər nazirləri ilə görüşüb.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata əsasən Çexiyanın xarici işlər naziri Yan Lipavski, Avstriyanın Avropa, inteqrasiya və xarici işlər naziri Aleksandr Şallenberq, Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korcok ilə görüşdə Rusiyanın işğalı altında olan Krımın və Krım tatar xalqının mövcud durumu müzakirə edilib.Görüş Slovakiyanın Kiyevdəki səfirliyində baş tutub.
M.Krımoğlu sosial şəbəkədə verdiyi açıqlamada qeyd edib ki, tərəflrə işğal altında olan Krımdakı vəziyyət, işğalçı hökumətin Krım tatar xalqına etdiyi təzyiqlər, həmçinin son vaxtlar Krım tatarlarına və ukraynalılara qarşı artan təzyiqlər məsələsini müzakirə ediblər.
Eyni zamanda, tərəflər Rusiyanın Ukraynaya artan hərbi təcavüzü təhlükəsinə təsirli cavab ola biləcək tədbirlər haqqında fikir mübadiləsi aparıblar. Görüşdə M.Krımoğlu və R.Çubarov Rusiya ilə Qərb arasında aparılan bütün danışıqlarda Ukraynanın ərazi bütövlüyünün bərpası prosesi çərçivəsində Krımın işğaldan azad edilməsi məsələsinin gündəmə gətirilməli olduğuna diqqət çəkiblər.