Press "Enter" to skip to content

KKTC-də yeni hökumətin qurulması üçün ilk görüşlər keçiriləcək

Son yeniləmə: 9 Fevral 2022 09:23

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində yeni hökumətin qurulması üçün müzakirəlrə başlayır. Cümhurbaşqanı Ersin Tatardan bununla bağlı səlahiyyət alan UBP genel başqanı Faiz Sucuoğlu bu gün və fevralın 10-da partiya rəhbərləri ilə görüşəcək.

Bununla bağlı məlumatda deyilir ki, F.Sucuoğlu ilk görüşünü fevralın 9-da yerli vaxtla saat 11:30-da YDP rəhbərliyi ilə keçirəcək.

YDP qərargahındakı həmin görüşdən sonra saat 14:30-da isə DP qərargahında növbəti görüş olacaq.
Fevralın 10-da isə növbə ilə HP və CTP qərargahları ziyarət ediləcək. Bu görüşlərdən sonra yeni hökumətin hansı partiyalardan ibarət olacağına aydınlıq gətiriləcək.

Mission News Theme by Compete Themes.