Press "Enter" to skip to content

Baş Prokurorluqdan xəbərdarlıq

Baş Prokurorluq

Son yeniləmə: 9 Fevral 2022 15:40

Bayraqdar.info – Baş Prokurorluq “Tərtər işi” ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial media platformaları istifadəçilərinə xəbərdarlıq edib.

Bu barədə bayraqdar.info-ya fevralın 9-da Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Xəbərdarlıqda deyilir ki, kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə bir daha çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır: “Habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir”.

Mission News Theme by Compete Themes.