Son yeniləmə: 8 Fevral 2022 10:52
Bayraqdar.info – İşğaldan azad edilmiş ərazidə qəza nəticəsində yaralanan şəxslərin vəziyyəti açıqlanıb.
Səhiyyə Nazirliyindən fevralın 8-də bayraqdar.info-ya verilən xəbərə görə, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən 13 nəfərin müalicəsi davam edir. Ağırlaşma halları müşahidə olunmur. Bildirilib ki, reanimasiyada müalicə alan 2 nəfərdən biri bu gün ümumi palataya keçiriləcək. Həkimlər yaralıların vəziyyətini orta ağır kimi qiymətləndirir.
Qeyd edək ki, “Kolin İnşaat Turizm Sənaye və Ticarət şirkəti”nə məxsus xidməti avtobus fevralın 6-da Xocalı rayonunun Sığnaq kəndində qəzaya uğrayıb.