Son yeniləmə: 8 Fevral 2022 13:56
Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 3,9 və15 mart tarixlərində hərrac keçiriləcək.
Bu barədə bayraqdar.info-ya fevralın 8-də Nazirlikdən məlumat verilib.
Qeyd edilib ki, martın 3-də keçiriləcək hərraca 25 nəqliyyat vasitəsi, 9 martda təşkil olunacaq hərraca 18 nəqliyyat vasitəsi, 15 mart tarixindəki hərraca isə 18 kiçik dövlət müəssisə və obyekti, 1yarımçıq tikili, 20 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya, Avropa, Koreya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1995-2011-ci illər arasında dəyişir.
Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin isə 1-i istisna olmaqla, qalanları bölgələrdə yerləşir.
Tam siyahı ilə buradan tanış olmaq olar.