Son yeniləmə: 8 Fevral 2022 00:39
Bayraqdar.info – Fevralın 7-də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin yeni millət vəkilləri and içiblər. Bu parlamentin bir özəlliyi də övladlarla bağlıdır.
Belə ki, KKTC-də vaxtı ilə Cümhurbaşqanı, millət vəkili, spiker olan şəxslərin övladlarının bir qismi ilk dəfə, bir qismi isə iki, yaxud üçüncü dəfə mandat qazanıblar. Bununla bağlı məlumatda qeyd edilir ki, onlar arasında ikinci Cümhurbaşqanı Mehmet Ali Talatın oğlu, CTP millət vəkili Ongun Talat, üçüncü Cümhurbaşqanı Derviş Eroğlunun qızı UBP Gazimağusa millət vəkili Resmiye Eroğlu Canaltay, keçmiş spikerlərdən Dr. Ertuğrul Hasipoğlunun oğlu UBP Gazimağusa millət vəkili Oğuzhan Hasipoğlu da var.
Ümumilikdə onların sayı 10-a yaxındır.
Bundan başqa ötən parlamentində olmayan 19 nəfər yeni parlamentdə mandat qazanıb. Həmçinin, yeni parlamentdə qadın millət vəkillərini sayı 11-ə çatıb. Ötən dönəmdə isə bu say 9-a bərabər idi.