Press "Enter" to skip to content

Blogerlər arasında müsabiqə

DİN: “Heç bir dağıntı və tələfat olmayıb”

Son yeniləmə: 8 Fevral 2022 14:38

Bayraqdar.info – Daxili İşlər Nazirliyi anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə blogerlər arasında müsabiqə elan edir.

Bu barədə bayraqdar.info-ya DİN-dən məlumat verilib.

Müsabiqələrin mövzuları və keçirilmə qaydaları:

1. Narkotik vasitələrin qanunsuz dövriyyəsində polis əməkdaşlarının qətiyyətli mübarizəsi;

2. Narkotik vasitələr və psixotrop maddələr insan sağlamlığını və psixologiyasını məhv edir;

3. Narkotik vasitələr və psixotrop maddələr stresi azaltmır, problemləri həll etmir;

4. Narkotik vasitələr və psixotrop maddələr istifadəçilərin həyatını məhv edir;

5. Narkotik vasitələr və psixotrop maddələr ailələrin dağılmasına, sonsuzluğa və digər ağır fəsadlara səbəb olur.

6. Narkotik vasitələrin və psixotrop maddələrin insan üçün heç bir faydası yoxdur;

7. Narkomanlıq bir şəxsin yox, bir ailənin faciəsidir.

“Müsabiqə “Ən yaxşı qısametrajlı film”, “Ən yaxşı foto (fotoaparat ilə)” və “Ən yaxşı mahnı (klip)” nominasiyaları üzrə keçirilir.

Təqdim olunan film, foto və mahnıya qoyulan tələblər:

“Müsabiqədə hər müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər. Təqdim olunan materiallar müəyyən edilmiş mövzuları tam əhatə etməlidir. Daha əvvəllər hazırlanmış və yayılmış videolar olmamalıdır. Müsabiqə üçün hazırlanmış materiallar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətində yaradılmış Xüsusi Komissiyaya təqdim olunmalıdır.

“Materialların qəbul qaydaları belədir:

“- Hazırlanmış material şəxsin sosial şəbəkə səhifəsində paylaşılmalı;

“- Daxili İşlər Nazirliyinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki səhifələri “tag” edilməli və müəllif tərəfindən izlənilməli;

“- #narkotikəyoxdeyək #narkotikləmübarizədəpolisədəstəkolaq #narkotikmüsabiqə həştəqləri ilə birlikdə paylaşılmalı;

“- Hazırlanan materiallar və paylaşılan səhifələrə keçid linkləri, o cümlədən anket məlumatı və əlaqə nömrəsi  elektron poçtuna göndərilməli.

“Müsabiqəyə təqdim olunmuş materialların mükafatlandırılması

“Hər istiqamət üzrə 3 qalib müəyyən edilir:

I yer – 1000 AZN

II yer – 500 AZN

III yer – 300 AZN

Nazirlik qeyd edir ki, paylaşılan materiallara baxış sayı qalibin müəyyən edilməsində rol oynayacaq”, – deyə Nazirliyin xəbərində bildirilir. Müsabiqədə iştirak etmək istəyənlər bu telefonla əlaqə saxlaya bilərlər:

(012) 590 98 44; Elektron ünvan

Mission News Theme by Compete Themes.