Son yeniləmə: 8 Fevral 2022 09:06
Bayraqdar.info – Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədı uğurla çıxış etmiş Azərbaycan cüdoçuları Vətənə qayıdıblar.
Azərbaycan Cüdo Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, idmançıların valideynləri və mətbuat nümayəndələri qarşılayıblar.
“Turnirdə ölkəni 6 cüdoçu – Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri (+100 kq) təmsil ediblər. Onlardan ikisi – Mehdiyev və Kokauri gümüş medal qazanıblar”, – deyə xəbərdə bildirilir.