Press "Enter" to skip to content

“Şuşa ili”nə həsr edilmiş mərasimlər başlayır

"Şuşa ili"

Son yeniləmə: 7 Fevral 2022 14:09

Bayraqdar.info – M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “Şuşa ili”nin açılış mərasiminə həsr olunan “Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı.Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib.

Kitabxanadan bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, Milli Kitabxanaın direktoru Kərim Tahirov, deputat Nizami Cəfərov, Xalq yazıçısı Elçin Əfəndiyev və başqa ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mədəniyyət naziri A.Kərimov bu ilin çox əlamətdar olduğunu qeyd edib: “Sevinirik ki, Şuşanın yaranmasının 270 illiyini 28 il həsrəti ilə yaşadığımız Şuşanın özündə qeyd edirik. Şuşa Azərbaycanın ürəyi, iftixar mənbəyidir. Hazırda məqsəd və vəzifəmiz Şuşanın əvvəlki görkəmini və ruhunu özünə qaytarmaqdır. Buna görə tədbirlər planı hazırlanır. Həmin planda keçiriləcək tədbirlərin siyahısı yer alacaq”.

Mission News Theme by Compete Themes.