Press "Enter" to skip to content

Şahmat üzrə Azərbaycan çempionatında ikinci tura yekun vurulub

Şahmat çempionatı

Son yeniləmə: 7 Fevral 2022 18:44

Bayraqdar.info – Naxçıvanda keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında ikinci tura yekun vurulub.

Azərbaycan Şahmat Federasiyasından bayraqdar.info-ya verilən məlumstda bildiririlir ki, ikinci turda beynəlxalq qrosmeysterlər Vasif Durarbəyli, Misrəddin İsgəndərov, Aydın Süleymanlı, Eltac Səfərli, Fərid Abbasov, beynəlxalq usta İsmayıl Şahəliyev, o cümlədən FIDE ustaları Elvin Bayramov, Sadiq Məmmədov qələbə qazanıblar. Digər qarşılaşmalar heç-heçə yekunlaşıb.

Qeyd edək ki, çempionatda I-IV yerləri tutan şahmatçılar mart ayında Sloveniyada keçiriləcək kişilər arasında Avropa çempionatına vəsiqə qazanacaqlar.

Mission News Theme by Compete Themes.