Press "Enter" to skip to content

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi DİN-in tabeliyinə verilib

Nəqliyyatı İntellektual İdarəetmə

Son yeniləmə: 7 Fevral 2022 13:54

Bayraqdar.info – Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.

Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu, Prezident İlham Əliyevin fevralın 7-də imzaladığı “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanda öz əksini tapıb.

Fərmanda qeyd edilib ki, Agentliyin balansında olan və “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi”nin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Daxili İşlər Nazirliyinin balansına verilməsi bir ay müddətində təmin edilməlidir. Həmçinin, Fərmanda Bakı Nəqliyyat Agentliyinin (bundan sonra – Agentlik) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilməsi də öz əksini tapıb.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.