Press "Enter" to skip to content

Müəllimlərə ən yüksək əməkhaqqı verən dövlətlər

Ən çox maaş alan müəllimlər

Son yeniləmə: 7 Fevral 2022 12:18

Bayraqdar.info – Dünya İqtisadi Forumunun dünyada müəllimlərə ən yüksək maaş verən dövlətlərlə bağlı hazırladığı video yayımlanıb. 2021-ci ilin oktyabrına aid videoda müəllimlərə il ərzində ən yüksək əməkhaqqı verən 10 ölkə sıralanıb.

10-luğu 62 min 882 dollarla Avstriya qapadır. İlk yerdə də daha bir Avropa ölkəsi – Lüksemburq qərar tutub. Burada müəllimlər illik ortalama 110 min dollara qədər maaş alır.

Ümumilikdə siyahıda yer alan 10 ölkədən 6-sı Avropaya aiddir. Bu da əlbəttə ki, təsadüfi deyil. Çünki Avropa ölkələri bir qayda olaraq öz iqtisadi inkişafı və elmə verdiyi dəyərlə fərqlənir.

Beləliklə, aşağıdan yuxarıya sıralamanı təqdim edirik (ABŞ dolları ilə):

10. Avstriya – 62 min 882
9. İrlandiya – 62 min 906
8. Danimarka – 64 min 259
7. Meksika – 64 min 491
6. ABŞ – 65 min 248
5. Avstraliya – 65 min 714
4. Kanada – 71 min 664
3. Hollandiya – 81 min 064
2. Almaniya – 91 min 041
1. Lükemburq – 109 min 204.

Videonun sonunda qeyd edilir ki, 2030-cu ilə qədər dünyanın daha 69 milyon müəllimə ehtiyacı olacaq.

Bu arada əlavə edək ki, ən inkişaf etmiş ölkələrdən olan Fransa, Böyük Britaniya, Yaponiyanın bu siyahıda gözə dəyməməsi təəccüblü görünür. Belə anlaşılır ki, onlarda müəllimlərə yüksək əməkhaqqı verilsə də bu rəqəm ilk 10-luğa düşə biləcək qədər deyilmiş.

Azərbaycana gəlincə, bu haqda məlumat verməyə çətinlik çəkirik. Mümkündür ki, bunun rəsmi statistikası var. Lakin rəqəm o qədər kiçikdir ki, belə bir siyahıyla müqayisə etmək doğru olmazdı. Örnək üçün, 2022-ci ilin yanvarında əməkhaqlarının artırılmasına qədər məktəb direktorlarının maaşı 575 manat (yığımlar tutulduqdan sonra) civarında idi ki, bu da illik 6 min 900 manat və ya 4 min 50 ABŞ dolları deməkdir. Yəni dünyanın ilk onluğundakı ölkələrdə alınan aylıq maaş belə Azərbaycanda bir məktəb direktorunun illik maaşından ciddi şəkildə artıqdır…

Mission News Theme by Compete Themes.