Press "Enter" to skip to content

Mikrobiologiya İnstitutunda əməkdaşların attestasiyası

Mikrobiologiya İnstitutu

Son yeniləmə: 7 Fevral 2022 18:51

Bayraqdar.info – Fevralın7-də AMEA-nın Mikrobiologiya İnstitutunda karantin rejiminin qaydalarına əməl etməklə əməkdaşların attestasiyasının keçirilməsinə başlanılıb.

Bu barədə bayraqdar.info-ya İnstitutdan məlumat verilib. Bildirilib ki, işçilərin attestasiyasının keçirilməsi üçün müəssisənin təcrübəli nümayəndələrindən ibarət attestasiya komissiyası yaradılıb. Attestasiya biologiya elmləri doktoru Samirə Nəcəfovanın sədrliyi ilə keçirilib. Attestasiya komissiyası beş nəfərdən ibarət olub.

Komissiya tərəfindən işçilərə vəzifəsinə, əmək funksiyasına, ixtisasına dair yerinə yetirdiyi işlər və onların nəticələri barədə suallar verilib.

Mission News Theme by Compete Themes.