Press "Enter" to skip to content

Ersin Tatar parlamentin ilk iclasına qatılmayacaq

Son yeniləmə: 7 Fevral 2022 11:05

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin yeni parlamentini bu gün ilk iclasını keçirəcək. Lakin KKTC Cümhurbaşqanı Ersin Tatar bu iclasa qatılmayacaq.

Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.

Bildirlib ki, buna səbəb E.Tatarın ötən həftə COVID-19 testinin pozitiv çıxmasıdır. Müayinə nəticəsində KKTC Cümhurbaşqanının yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” variantına yoluxdu müəyyən edilmişdi.

Məlumatda deyilir ki, E.Tatar özünü yaxşı hiss etsə də, izolyasiya proseduruna uyğun olaraq parlamentin ilk iclasına qatılmayacaq.

Mission News Theme by Compete Themes.