Press "Enter" to skip to content

“Dahilərimiz və tariximiz” beynəlxalq elmi konfrans

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

Son yeniləmə: 7 Fevral 2022 19:00

Bayraqdar.info – Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Məqbərə Kompleksinin təşkilatçılığı ilə 2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədar “Dahilərimiz və tariximiz” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Bu barədə bayraqdar.info-ya AMEA-dan bildirilib. Qeyd olunub ki, konfransda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə “Molla Pənah Vaqifin həyat və yaradıcılığı ilə bağlı rəvayətlər” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, M.P.Vaqiflə bağlı rəvayətlərin toplanması işi XIX əsrdə başlasa da, XX əsrdə daha intensiv xarakter alıb. Mirzə Fətəli Axundzadə, Əhməd bəy Cavanşir, Hüseyn Əfəndi Qayıbov və digərlərinin qeydlərində, Firidun bəy Köçərlinin Azərbaycan ədəbiyyatı tarixinə dair tədqiqatlarında, Salman Mümtazın məqalələrində bu rəvayətlərə geniş yer verilib.

Tədbirdə həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının “Xurşidbanu Natəvanın parlaq obrazı Azərbaycan ədəbiyyatının səhifələrində”, Konyadan Selçuk Universitetinin fars dili və ədəbiyyat müəllimi professor Ali Temizelin “Mövlanənin aforizmləri və insanlara olan nəsihətləri”, Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsal İsgəndərlinin “Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı” mövzularında məruzələri dinlənilib.

Mission News Theme by Compete Themes.