Son yeniləmə: 7 Fevral 2022 15:18
Bayraqdar.info – Azərbaycan Televiziyası “Şuşa İli” ilə əlaqədar yeni layihəyə başlayır.
AzTV-dən bayraqdar.info-ya verilən məlumata görə, “Şuşam mənim” adlı layihə silsilə verilişlər şəklində olacaq. İlboyu yayımlanacaq verilişdə Əməkdar incəsənət xadimi İlham Rəhimli iki şuşalı ilə birlikdə şəhəri qarış-qarış gəzəcək. Onlar Şuşada əvvəl mövcud olub, işğal zamanı ermənilər tərəfindən dağıdılmış abidələrin yerini, yaxud qalıqlarını tapır, köhnə şəkillərini və hazırkı vəziyyətini nümayiş etdirirlər.
Hər buraxılış mövzular üzrə işlənəcək: məhəllələr, bulaqlar, məscidlər, tarixi abidələr və s. Layihənin məqsədi erməni barbarlığını bir daha dünyaya nümayiş etdirməkdir. Azərbaycan Televiziyasının bu layihəsi “Şuşa İli”nə bir töhfə olacaq.