Press "Enter" to skip to content

Aygün Əliyeva fəal gənclərin bir qrupu ilə görüşüb

Son yeniləmə: 7 Fevral 2022 21:32

Bayraqdar.info – Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva deyib. O, gənclər siyasətinin inkişaf istiqamətinin mövcud ənənələr əsasında daha da təkmilləşdirildiyini qeyd edib.

Bu barədə bayraqdar.info-ya fevralın 7-də Agentlikdən məlumat verilib.

Bildirilib ki, A.Əliyeva Agentliyinin ofisində fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak etmiş fəal gənclərin bir qrupu ilə görüşüb.

Görüşdə Prezident mükafatçıları Azər Əliyev və Səyyarə Gülalıyeva, fəal gənclər Toğrul Babaşzadə, Cəmilə Məmmədli, Orduxan Qəhrəmanzadə, Ramtiq Əlizadə, Rolan Yusifov, Azelma Ağakişiyeva, Ülviyyə Axundova, Şəhla Talıbzadə, Ruslan Qasımov, Əfsanə Surxaylı, Orucəli Abbaszadə iştirak ediblər.

İcraçı direktor gəncləri salamladıqdan sonra onları Gənclər Gününün 25 illiyi münasibəti ilə təbrik edib.

A.Əliyeva Agentliyin məqsəd və vəzifələri haqqında məlumat verib. Agentliyin fəaliyyətində gələcəkdə birgə əməkdaşlıq və QHT-lərlə iş sahəsinə yeniliklərin gətirilməsində gənclərin təcrübəsindən yararlanma hallarının nəzərdə tutulduğunu bildirib.

İcraçı direktor ictimai iştirakçılığın təmin edilməsində fəal gəncləri aktiv olmağa dəvət edib və bildirib ki, bu məsələlərdə onların xüsusi rolu və kifayət qədər potenasialları var.

Görüşdə Agentliyin əməkdaşı Toğrul Məmmədli Agentliyin fəaliyyəti, gələcək prioritetləri barədə təqdimat edib.

Sonra gənc fəallarla qarşılıqlı fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.