Son yeniləmə: 7 Fevral 2022 16:30
Bayraqdar.info – Ukraynanın Avropa Həmrəylik Partiyası Krım tatar xalqının milli lideri Mustafa Abdülcəmil Krımoğluna dəstək verib. Bu barədə verilən məlumata görə partiya M.Krımoğlunun 2022-ci il üçün Nobel sülh mükafatına namizəd göstərilməsini dəstəkləyir.
Partiyanın Ukrayna parlamentindəki deputatı İrina Geraşçenko bununla bağlı sosial mediya hesabından paylaşım edib.
Xatırladaq ki, M.Krımoğlunun namizədliyi Polşa dövləti tərəfindən irəli sürülüb. Bu barədə Kırım Haber Ajansına polşalı hüquq müdafiəçisi Piotr Hlebovic məlumat vermişdi. O, M.Krımoğlunun Polşa parlamentinin Aşağı Palatasının (Seym) vitse-spikeri Malgorzata Gosievska tərəfindən namizəd göstərildiyini demişdi.