Son yeniləmə: 7 Fevral 2022 11:25
Bayraqdar.info – Fevralın 6-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların sayı açıqlanıb.
Səhiyyə Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, ilkin tibbi yardımdan sonra 13 nəfər müştərək travmalarla Bakı Sağlamlıq Mərkəzinə yerləşirilib. Onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 11 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hadisənin axşam saatlarında Xocavənd rayonu ərazisində baş verdiyini bildirib.