Press "Enter" to skip to content

Ünvanlı sosial yardımın orta aylıq məbləği 282 manata çatıb

Son yeniləmə: 5 Fevral 2022 15:50

Bayraqdar.info – Digər sosial ödənişlər kimi, ünvanlı dövlət sosil yardımlarının məbləğində də artım tempi davam edir.

Bu barədə bayraqdar.info-ya fevralın 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2022-ci ilin yanvar ayında bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz artaraq 282 manata çatıb.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarının həddi yeni Qanunla 17,6 faiz və ya 30 manat artırılaraq 2022-ci il üçün 200 manat məbləğində müəyyən edilib. Bu da cari ildə ünvanlı dövlət sosial yardımının məbləğində də növbəti artıma imkan verəcək.

Mission News Theme by Compete Themes.