Press "Enter" to skip to content

Sulu qar yağacaq

Son yeniləmə: 5 Fevral 2022 13:06

Bayraqdar.info – Azərbaycanda fevralın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bayraqdar.info-ya fevralın 5-də verilən məlumata görə fevralın 5-dən 6-na keçən gecə Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağışın sulu qara keçəcəyi, səhər kəsiləcəyi, gün ərzində havanın əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2°, gündüz 6-9° isti, Bakıda gecə 0-2°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunu, nisbi rütubət 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 7-10° isti, dağlarda 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacağı bildirilir.

Mission News Theme by Compete Themes.