Son yeniləmə: 5 Fevral 2022 12:42
Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qlobal Sahibkarlıq Şəbəkəsinin (GEN) prezidenti Conatan Ortman ilə onlayn formatda görüşüb.
Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə KOBİA-nın GEN-ə üzv təşkilatlarla əməkdaşlığının genişləndirilməsi, Azərbaycanın KOB sahəsində təcrübəsi barədə təşkilata üzv sahibkarların məlumatlandırılması barədə müzakirə olub.
Eyni zamanda, yerli KOB-ların qurumun tədbirlərində iştirakına və digər əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.