Press "Enter" to skip to content

Problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib

Son yeniləmə: 5 Fevral 2022 13:55

Bayraqdar.info – Peşəkarlıq səviyyəsi və təşəbbüskarlığın artırılması ümumi inkişaf üçün əhəmiyyətlidir. Bu barədə mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə fevralın 4-də rayon Heydər Əliyev Mərkəzində Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrin rəhbərləri ilə görüşdə bildirilib.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə görüşdə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran vəzifələrdən bəhs edilib. Həmçinin, bu sahədə çalışan işçilərin peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığının artırılmasının ümumi inkişaf üçün əhəmiyyəti vurğulanıb.

A.Kərimov bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən mədəniyyət sahəsinə daim diqqət və qayğı göstərilir. Mədəniyyət müəssisələri də fəaliyyətlərini bu diqqət və qayğıya adekvat qurmalıdır.

Görüşdə mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, bununla bağlı təkliflər dinlənilib. Nazir problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Sonda mədəniyyət işçiləri ilə xatirə şəkli çəkdirilib.

Mission News Theme by Compete Themes.