Press "Enter" to skip to content

Aygün Attardan Aykut Erdoğduya sərt reaksiya

Prof. Dr. Aygün Attar

Son yeniləmə: 5 Fevral 2022 20:43

CHP millət vəkili Aykut Erdoğdunun bu əsassız iddialara görə üzr istəməsini gözləyirik

Bayraqdar.info – Qardaş Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Aykut Erdoğdunun Azərbaycanı və Türkiyəni hədəfə alan əsassız iddiaları kəskin etiraza səbəb olub.

Öz növbəsində Türkiyə Cümhurbaşqanı yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) rəhbəri professor Aygün Attar CHP-li millət vəkilinə sərt təpki göstərib.

Fonddan bayraqdar.info-ya verilən məlumata görə, A.Attar A.Erdoğdunun bu əsassız iddiasının səslənmə zamanına diqqət yetirib. Belə ki, Şuşa Bəyannaməsinin TBMM-də təsdiqləndiyi bir gündən CHP millət vəkilinin bu cür addım atmasının ortaya bəzi sualar çıxardığı vurğulanıb.

A.Attar CHP-nin bu əsassız iddialarla bağlı hər hansı açıqlama verib-verməyəcəyinin də maraq doğurduğunu deyib.

Türkiyənin Azərbaycan ilə yanaşı, Rusiya, İran, Qətər, Nigeriya və digər ölkələrdən təbii qaz idxal etdiyini bildirən A.Attar xatırladıb ki, bu istehsalçılar arasında Azərbaycan tərəfindən təmin edilən təbii qazın qiyməti ən aşağı səviyyədədir.

Professor eyni zamanda bugünədək Azərbaycan tərəfindən Türkiyə ərazisinə 19 milyard ABŞ dollarından artıq investisiya qoyulduğunu xatırladıb.

O, Türkiyənin ən böyük üç holdinqindən biri olan SOCAR Türkiyədə 5200-dən çox insanın çalışdığını və bu sayın subpodratçı firmalarda çalışanlarla birlikdə 10 minə çatdığnı qeyd edib.

Tarix boyu Azərbaycanın və Türkiyənin çətin günlərdə bir-birinə dayaq olduğunun da xatırlandığı açıqlamada daha sonra deyilir: “Azərbaycan tarix boyu Türkiyə kimi həmişə qeyd-şərtsiz yardım əlini uzadıb, Balkanlarda Evlad-ı Fatihan üçün könüllü olub, Sakaryada, Çanaqqalada döyüşüb. Qızıl, neft göndərərək mənəvi yardımla yanaşı maddi dəstək də verib, yazışmalarda Atatürkə cavab olaraq “Qardaş yardımından pul alınmaz” deyilmişdi. Atatürk partiyasının bu sevgi və şüurdan uzaq olması təəssüf doğurur”.

https://twitter.com/aliekbertufan/status/1489926031884627972?t=57J2TxVBlSm2XvO4ThhFfA&s=19

CHP-dən Azərbaycan əleyhinə iddiaların bundan öncə də səsləndirildiyini, Ünal Çeviközün Vətən müharibəsi zamanı sərgilədiyi mövqeni xatırladan A.Attar sonda onu da bildirib ki, “Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu bir millət iki dövlət fəlsəfəsinə zidd olan fikirlərə görə CHP-li millət vəkili Aykut Erdoğdunın üzr istəməsini gözləyirik”.

Məlumat üçün bildirək ki, A.Attarın bu açıqlaması Türkiyənin bir şox telejkanalları ilə də yayılıb. Həmçinin o, Twitter sosial hesabından da müvafiq paylaşımlar edib.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.