Son yeniləmə: 4 Fevral 2022 13:45
Bayraqdar.info – Krım tatar xalqının milli lideri Mustafa Abdülcemil Krımoğlu Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla görüş təəssüratlarını bölüşüb.
Kırım Haber Ajansına açıqlama verən M.A.Krımoğlu Kiyevdə baş tutan görüşdə onun rəhbərliyi ilə Krım tatar heyətinin iştirak etdiyini deyib. Qeyd olunub ki, görüşdə bir sıra vacib məsələlər müzakirə edilib.
Məsələn görüşdə Türkiyənin dəstəyi ilə Krım tatar qaçqınlar üçün Kiyev, Xerson və Mikolayevdə evlərin tikilməsi barədə fikir mübadiləsi aparılıb: “Bu mənzillərinin inşasının sürətləndirilməsi yolları, Ukraynanın İslam Əməkdaşlıq Təşkilatı və TÜRKSOY-da müşahidəçi üzv olması, Ukraynada müalicəsi mümkün olmayan xəstələrin Türkiyədə müalicəsi prosedurlarının sadələşdirilməsi, işğaldan sonra Krımı tərk etmək məcburiyyətində qalan və hazırda Türkiyəyə sığınan Krım tatarlarının üzləşdiyi problemlər və Krım tatar mediasi ilə bağlı məsələləri müzakirə etdik”.
https://www.youtube.com/watch?v=btLCLsTjYGc