Press "Enter" to skip to content

Şuşanın turizm potensialı

Son yeniləmə: 4 Fevral 2022 12:42

2021-ci ildə ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunub

Bayraqdar.info – “2021-ci il üzrə əlamətdar hadisələrdən biri Vətən müharibəsi zamanı işğaldan azad olunmuş Şuşanın turizm potensialının ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunması olub”.

Bunu bayraqdar.info-ya Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.

Bununla bağlı addım mayın 16-da Birləşmiş Əmər Əmirliklərində atılıb: “Belə ki, mayın 16-da Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisi keçirilib. Bu sərgidə pandemiya dövründə ilk dəfə olaraq real iştirakla Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun şanlı qələbəsi nəticəsində işğaldan azad edilən Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialı nümayiş edilib”.

O da vurğulanlb ki, 2021-ci il ərzində turizmin tədricən bərpa olunması ilə Dövlət Turizm Agentliyi tərəfindən turizmin bərpası, inkişaf etdirilməsi və turizm potensialının təbliği məqsədilə bir neçə istiqamətdə fəaliyyət həyata keçirilib.

Mission News Theme by Compete Themes.