Son yeniləmə: 5 Fevral 2022 20:45
Bayraqdar.info – “Türkiyə Qara Dənizdə qonşu olduğu iki dost ölkə arasındakı böhranın aradan qaldırılması üçün üzərinə düşəni etməyə hazırdır”.
Bunu Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Kiyevdə Ukrayna Prezidenti Volodimr Zelinski ilə birgə keçiridyi mətbuat konfransında bildirib. O, iki il fasilədən sonra strateji ortaq olan Ukraynaya səfərindən böyük məmnuniyyət duyduğunu deyib.
İki ölkə arasında diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə təsadüf edən bu səfər uğurlu olub. Belə ki, tərəflər arasında bir çox mühüm sənədlər imzalanıb.
Mətbuat konfransında Rusiya-Ukrayna gərginliyinə də toxunan R.T.Erdoğan “Krım da daxil olmaqla Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə davam etdiyimizi bir daha bəyan etmək istəyirəm”, – deyib.
Tərəflər arasında vasitəçilik təklifinə toxunan Türkiyə Cümhurbaşqanı V.Zelenski başda olmaqla Ukrayna rəsmilərinin bu təklifə müsbət yanaşmasını təqdirlə qarşıladığını söyləyib.
Yangına körükle gitmek yerine tansiyonu nasıl düşürürüz mantığıyla hareket ediyoruz.
Kırım dâhil Ukrayna’nın egemenliği ve toprak bütünlüğünü destekliyoruz.
Donbas ihtilafının kontrolünde Avrupa Güvenlik ve İş Birliği Teşkilatı Ukrayna Özel Gözlem Misyonunun rolünü önemsiyoruz. pic.twitter.com/Fe4cyZF2LS
— Recep Tayyip Erdoğan (@RTErdogan) February 3, 2022
Onu da qeyd edək ki, R.T.Erdoğan fevralın 3-də Twitter hesabındakı silsilə paylaşımlarında da səfərə və Türkiyənin vasitəçilik təklifinin Ukrayna tərfindən müsbət qarşılanmasına dair paylaşımlar edib.