Son yeniləmə: 4 Fevral 2022 13:24
Bayraqdar.info – “Sülh müzakirələrini İstanbulda aparmağa hazırıq”.
Kırım Haber Ajansının məlumatına görə bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
O, ölkəsinin Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın vasitəçilik təklifini məmnuniyyətlə qarşıladığını söyləyib. Nazir üçtərəfli təmas qrupunun (Ukrayna, Rusiya, ATƏT) toplantılarının Minsk əvəzinı İstanbulda keçirilməsi təklifini dəstəklədiklərini qeyd edib.