Press "Enter" to skip to content

Güney Azərbaycanda pulların üzərinə türkcə şüarlar yazıldı

İran pullarının üzərində "Yaşasın Azərbaycan!"

Son yeniləmə: 4 Fevral 2022 11:51

Bayraqdar.info – Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı milli-mədəni fəalların İran pul əskinasları və pulu əvəz edən çeklərin üzərinə xüsusi hazırlanmış möhürlər vurması əməlli-başlı diqqət çəkib.

“Azad İran” Telegram kanalı xəbər verir ki, çox sayda çek və əskinasın üzərində “Yaşasın Azərbaycan” şüarı xüsusi hazırlanmış möhürlə əks olunub.

Qeyd edək ki, fars şovinizminə qarşı oxşar tədbirlərə bundan öncə də rast gəlinib. Bir müddət əvvəl İranın təhsil naziri Məhəmməd Bəthayi qeyri-fars dillər haqda mənfi fikirlər söylədikdən sonra pul əskinaslarının üzərinə milli şüarlar yazılıb. Bu proses bəzi bölgələrdə hələ də davam etməkdədir.

Mission News Theme by Compete Themes.