Press "Enter" to skip to content

Baş Prokurorluq deputatlığa keçmiş namizədi saxlayıb

Bayram Hacıyev

Son yeniləmə: 4 Fevral 2022 17:28

Bayraqdar.info – Baş Prokurorluq daha bir şəxsin jurnalist adından sui-istifadə edərək qanunsuz əməllərə yol verməsi haqqında xəbər yayıb.

Prokurorluqdan fevralın 4-də bayraqdar.info-ya daxil olan xəbərdə deyilir ki, “özünü peşə fəaliyyətini həyata keçirən media nümayəndəsi qismində qələmə verən Hacıyev Bayram Nazim oğlu” yaxalanıb. O, səhiyyə müəssisəsinin direktoru barəsində Facebookvə YouTube-da SizinTV.az və “Vətəndaş Bayram Hacıyev” adlı səhifələrdə həqiqətə uyğun olmayan məlumatlatlar yayıb. Məlumatlar hədəf şəxsin nüfuzdan salınmasına hesablanıb. B.Hacıyev bu məlumatları silmək üçün hədəf şəxsdən müəyyən məbləğdə pul tələb edib.

“Daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.

“Əməliyyat tədbirləri ilə B.Hacıyev təkrarən eyni niyyətlə, yəni barələrində həqiqətə uyğun olmayan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayma hədəsi ilə digər tibb müəssisələrinin rəhbər vəzifəli şəxslərindən onların yaxınları vasitəsi ilə 2 min manat pul vəsaitini əvvəlcədən təyin etdiyi Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki görüş yerində alarkən cinayət başında yaxalanmışdır”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, faktlarla bağlı fevralın 3-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmış, B.Hacıyev Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi (təkrar hədə-qorxu ilə tələb etmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Baş Prokurorluq təqsirləndirilən şəxsin əməllərindən zərər çəkmiş digər şəxslərin də müəyyən edilməsi üçün iş aparır.

Əlavə edək ki, bir sıra şəxslər jurnalistikadan sui-istifadəni peşəyə çevirib. Məhz elə şəxslərin üzündən jurnalistika cəmiyyətdə nüfuzunu itirir. Bu baxımdan Baş Prokurorluğun apardığı bu cür işlər təqdirəlayiqdir.

Və əlavə olaraq qeyd edək ki, cinayət başında yaxalanan B.Hacıyev 2020-ci ildə keçirilmiş parlament seçkilərində 84 saylı Füzul seçki dairəsindən deputatlığa namizədliyini də irəli sürübmüş…

Mission News Theme by Compete Themes.